Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Xəbər 18 Noyabr 2026 20:48 (UTC +04:00)
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend-in Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində həyatını itirib.

Mərhumun meyiti müayinə olunmaq üçün Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti