Bolqarıstan 9 ayda Azərbaycandan 272,5 milyon dollarlıq qaz idxal edib

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 21:47 (UTC +04:00)
Bolqarıstan 9 ayda Azərbaycandan 272,5 milyon dollarlıq qaz idxal edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatına əsasən, hesabat dövründə Azərbaycan Bolqarıstana 272,5 milyon dollar dəyərində 872,1 milyon kubmetr təbii qaz ixrac edib.

Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Bolqarıstana qaz ixracının dəyəri 247,1 milyon dollar və ya 47,6%, həcmi isə 543,9 milyon kubmetr və ya 38,4% azalıb.

Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana 519,6 milyon dollar dəyərində 1,416 milyard kubmetr təbii qaz ixrac edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021–2025-ci illərdə Azərbaycandan Bolqarıstana təbii qaz ixracının həcmi və dəyəri aşağıdakı kimi dəyişib:

İl İxrac həcmi İxrac dəyəri

2021

232,4 milyon kubmetr 40,7 milyon ABŞ dolları

2022

366,7 milyon kubmetr

237,8 milyon ABŞ dolları

2023

1,275 milyard kubmetr

470,3 milyon ABŞ dolları

2024

1,896 milyard kubmetr

618,7 milyon ABŞ dolları

2025

1,931 milyard kubmetr

688,8 milyon ABŞ dolları

Agentliyin hazırladığı cədvəldən göründüyü kimi, nəzərdən keçirilən dövrdə Azərbaycandan Bolqarıstana qaz ixracının həcmində davamlı artım müşahidə olunub. Belə ki, tədarük 2021-ci ildəki 232,4 milyon kubmetrdən 2025-ci ildə 1,931 milyard kubmetrə yüksəlib.

Ən əhəmiyyətli artım 2023-cü ildə qeydə alınıb. Həmin il ixracın həcmi əvvəlki ildəki 366,7 milyon kubmetrdən 1,275 milyard kubmetrə çatıb. 2024-cü ildə tədarük daha 48,7% artaraq 1,896 milyard kubmetr, 2025-ci ildə isə 1,8% artaraq 1,931 milyard kubmetr təşkil edib.

İxracın dəyəri də eyni dövrdə artım nümayiş etdirib. Bu göstərici 2021-ci ildəki 40,7 milyon dollardan 2025-ci ildə 688,8 milyon dollara yüksəlib. Beləliklə, beş il ərzində Azərbaycandan Bolqarıstana qaz ixracının dəyəri 16 dəfədən çox artıb.

Xəbər lenti

Xəbər lenti