“Yuventus” və “Çelsi” “Sportinq”in futbolçusuna maraq göstərir

İdman Xəbər 18 Noyabr 2026 21:25 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

“Sportinq”in müdafiəçisi Maksi Arauxo Avropanın bir sıra nəhəng klublarının transfer hədəfinə çevrilib.

“Yuventus” və “Çelsi” Uruqvay millisinin üzvünü heyətinə qatmaqda maraqlıdır.

Lakin Lissabon təmsilçisi futbolçunu mövsümün ortasında satmağı planlaşdırmır. Yay transfer pəncərəsində 26 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyən klublar 80 milyon avro məbləğində sərbəstqalma bəndini ödəməli olacaqlar.

Qeyd edək ki, “Sportinq” Maksi Arauxonu 2024-cü ilin yayında Meksikanın “Toluka” klubundan 13,7 milyon avroya transfer edib. Uruqvaylı futbolçu cari mövsümdə Portuqaliya klubunun heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti