Sahibə Qafarova Türkmənistana səfər edib (FOTO)

Siyasət Xəbər 18 Noyabr 2026 20:53 (UTC +04:00)
Sahibə Qafarova Türkmənistana səfər edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Elm, təhsil, mədəniyyət və gənclər siyasəti komitəsinin sədri Bayramgözəl Muradova, MDB PA-nın Baş katibi Dmitri Kobitski, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti