ABŞ və Venesuela arasında müdafiə əməkdaşlığı müqaviləsi imzalanıb

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 00:16 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ müdafiə naziri Pit Heqset Vaşinqton və Karakas arasında müdafiə əməkdaşlığı müqaviləsinin imzalandığını açıqlayıb.

Bu barədə Pentaqon rəhbəri Karakasda Venesuela Prezidentinin elçisi Delsi Rodrigezlə görüşü zamanı bildirib.

O, ABŞ-nin Venesuela ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb.

“Bu gün müdafiə tərəfdaşlığımızı gücləndirmək üçün müqavilə imzalamaq imkanına görə minnətdarıq. Qarşılıqlı əlaqəmizi artırmağı səbirsizliklə gözləyirik”, – deyə Heqset bildirib.

Onun çıxışı yerli televiziya kanalları tərəfindən yayımlanıb.

Xəbər lenti

Xəbər lenti