Bakı. Trend:
Böyük Britaniyanın ən iri müdafiə şirkəti “BAE Systems” rəqabətqabiliyyətliliyin artırılması proqramı çərçivəsində 1 070 iş yerini ixtisar etməyi planlaşdırır.
İxtisarlar əsasən şirkətin mərkəzi ofisini və aviasiya bölməsini əhatə edəcək.
“BAE Systems” nümayəndəsinin sözlərinə görə, bu qərar şirkətin çevikliyinin və rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsi çərçivəsində qəbul edilib.
Qeyd edək ki, şirkətin aviasiya bölməsi “Eurofighter Typhoon” qırıcılarının istehsalında mühüm rol oynayır. Həmçinin bölmə İtaliyanın “Leonardo” və Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkətləri ilə birlikdə 2035-ci ildə yaradılması planlaşdırılan altıncı nəsil qırıcının hazırlanmasında iştirak edir.
Hazırda “BAE Systems”in Böyük Britaniyadakı müəssisə və ofislərində 50 minə yaxın əməkdaş çalışır. Altı il əvvəl bu rəqəm 35 min nəfər olub. Onlardan 18,5 mini aviasiya bölməsində, təxminən 1 000 nəfəri isə şirkətin mərkəzi ofisində fəaliyyət göstərir.
