"PlayStation Network" xidmətində dünya üzrə nasazlıqlar qeydə alınıb

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 03:27 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər "PlayStation Network" (PSN) onlayn xidmətinin serverlərində baş verən fasilələrdən şikayətlənirlər.

Bu barədə internet resurslarının fəaliyyətini izləyən "Downdetector" portalının məlumatlarında bildirilib.

Məlumata görə, ən çox şikayət Almaniyadan daxil olub. Ölkədə 6 600-dən çox istifadəçi problemlə üzləşib. Onların 56%-i sistemə daxil olmaqda, 33%-i isə serverlərə qoşulmaqda çətinlik çəkdiyini bildirib.

Böyük Britaniyada 6,2 min, Fransada 3,3 mindən çox, ABŞ-da isə 1,6 min istifadəçi nasazlıqlarla bağlı şikayət edib. Digər ölkələrdə də oxşar problemlər qeydə alınıb.

Qeyd olunur ki, fasilələr "Rockstar Games" şirkətinin "Grand Theft Auto VI" oyununun buraxılışı zamanı baş verib.

Xəbər lenti

Xəbər lenti