Bakı. Trend:
“EasyJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi quşla toqquşduqdan sonra İngiltərədə təcili eniş edib.
Təyyarə noyabrın 18-də yerli vaxtla saat 09:24 radələrində İngiltərənin Bristol hava limanından Şotlandiyanın Edinburq şəhərinə uçmaq üçün havaya qalxıb. Lakin saat 10:00-dan bir qədər sonra Bristol hava limanına geri qayıdıb.
Aviaşirkətin nümayəndəsi hadisə nəticəsində heç kimin xəsarət almadığını və təyyarənin Bristolda təhlükəsiz eniş etdiyini bildirib.
Qeyd olunub ki, standart prosedurlara uyğun olaraq, ehtiyat tədbiri kimi təyyarəni hava limanında təcili yardım xidmətləri qarşılayıb. Sərnişinlərin Edinburqa uçuşlarını davam etdirməsi üçün isə ehtiyat təyyarə hazırlanıb.
