ABŞ və Venesuela arasında yeni müdafiə müqaviləsi kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutulur

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 05:57 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Venesuela arasında imzalanan yeni müdafiə və təhlükəsizlik müqaviləsi kəşfiyyat məlumatlarının mübadiləsini də əhatə edir.

Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Karakasdakı ABŞ səfirliyində keçirilən imzalanma mərasimində çıxışı zamanı bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ və Venesuela arasında hərbi tərəfdaşlığın bərpasını nəzərdə tutan tarixi müqavilə imzalanıb.

“Bu müqavilə ABŞ-yə Venesuela hökuməti və silahlı qüvvələri ilə birgə təlimlər keçirmək, kəşfiyyat məlumatlarını bölüşmək və daha çox hərbi texnikadan birgə istifadə etmək imkanı yaradır”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ Venesuelaya təhlükəsizlik və müdafiə sektorunda dərin islahatların həyata keçirilməsində, o cümlədən silahlı qüvvələrin modernləşdirilməsində kömək etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti