Cəbrayıl və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanı yola salınıb

Siyasət Xəbər 19 Noyabr 2026 06:37 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına növbəti köç karvanı yola salınıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Soltanlı kəndinə 16 ailə – 80 nəfər, Cahangirbəyli kəndinə isə 19 ailə – 75 nəfər köçürülüb.

Xəbər lenti

Xəbər lenti