Bakı. Trend:
“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli polis əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in məlumatına görə, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Kəngərlinin bu gün, noyabrın 19-da məhkəməyə çıxarılacağı gözlənilir.
