Beyləqanda avtomobil su arxına aşıb, sürücü ölüb

Hadisə Xəbər 19 Noyabr 2026 09:24 (UTC +04:00)
Beyləqanda avtomobil su arxına aşıb, sürücü ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan rayonunun Bahar qəsəbəsindən keçən avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə noyabrın 17-də saat 16:30 radələrində baş verib.

Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirib və avtomobil su arxına aşıb. Nəticədə sürücü ölüb, sərnişin, 1967-ci il təvəllüdlü Beyləqan rayon sakini Həbib Kərimov isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti