Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

Siyasət Xəbər 19 Noyabr 2026 17:07 (UTC +04:00)
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Hanoy. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti

Xəbər lenti