Xankəndi. Trend:
Xankəndi şəhər stadionunda Azərbaycan I Liqasının VIII turu çərçivəsində keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşmasını bir sıra rəsmi şəxslər və futbol ictimaiyyətinin nümayəndələri stadiondan izləyirlər.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, oyunda gənclər və idman naziri, Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi və digər rəsmi şəxslər, eləcə də futbol ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Qarşılaşmanı baş hakim Kamranbəy Rəhimov idarə edir. Ona yan xətt hakimləri Sənan Atayev və Vüqar Bayramov, dördüncü hakim Nazim Abdullayev kömək edir.
Qeyd edək ki, bu görüş əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol oyunudur.
