2029-cu ildə Avropa İttifaqı ilə Ermənistan arasında vizasız rejim tətbiq oluna bilər - Paşinyan

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 16:09 (UTC +04:00)
2029-cu ildə Avropa İttifaqı ilə Ermənistan arasında vizasız rejim tətbiq oluna bilər - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılmasına 2029-cu ildə nail olunmasını real hesab edir.

“Armenpress”in məlumatına görə, Paşinyan bu barədə noyabrın 19-da hökumətin iclasında çıxış edərkən bildirib.

Aİ ilə viza rejiminin liberallaşdırılması Ermənistan hökumətinin beşillik proqramına təhlükəsizlik və xarici siyasət sahəsində nəzərdə tutulan tədbirlər çərçivəsində daxil edilib.

“Qarşımıza 2029-cu ilədək Aİ ilə viza rejiminin liberallaşdırılmasına nail olmaq vəzifəsi qoymuşuq. Hesab edirəm ki, 2029-cu ildə Aİ ilə viza rejiminin liberallaşdırılması daha real görünür. Bu baxımdan, biometrik pasport sisteminin tətbiqi çox mühüm addımdır. Yaxın gələcəkdə sərhəd nəzarəti sistemində islahatlar aparmalı, rəqəmsallaşma prosesini davam etdirməliyik. Qarşıdakı dövrdə rəqəmsallaşma ilə bağlı planlaşdırılan proqramların icrasının hansı mərhələdə olduğunu müzakirə etməliyik. Biometrik sistemin tətbiqi ilə vətəndaşlar həyatlarında baş verən dəyişiklikləri, ilk növbədə, səyahət zamanı onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşması ilə çox qısa müddətdə hiss edəcəklər”, – deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanda biometrik sənədlər sisteminin tətbiqinə noyabrın 1-dən başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti