ABŞ-da narkokartelin 55 üzvü saxlanılıb

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 11:42 (UTC +04:00)
ABŞ-da narkokartelin 55 üzvü saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Federal Təhqiqat Bürosu (FBI) Puerto-Rikoda fəaliyyət göstərən Los Del Campo cinayətkar qruplaşmasının 50-dən çox üzvünü saxlayıb.

TASS-ın məlumatına görə, bu barədə FTB-nin direktoru Keş Patel məlumat verib.

“Bu gün səhər FTB və tərəfdaşlarımız Puerto-Riko ərazisində fəaliyyət göstərən zorakı cinayətkar təşkilat olan Los Del Campo qruplaşmasının təxminən 55 üzvünün saxlanılması üzrə genişmiqyaslı əməliyyat keçirib. Noyabrın 4-də həmin şəxslərə narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı cinayətlər üzrə ittihamlar irəli sürülüb”, – deyə Patel X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən qruplaşma fentanil də daxil olmaqla, Puerto-Rikoya böyük həcmdə ölümcül narkotik vasitələr gətirib.

Qruplaşmanın illik gəlirinin təxminən 45 milyon dollar olduğu bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti