Azərbaycanlı baytar həkimləri 2026-cı il dekabrın 31-dək Beynəlxalq “VETTORİYA” mükafatında iştirak etmək üçün ödənişsiz şəkildə ərizə təqdim edə bilərlər. Münsiflər heyətində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avrasiya İqtisadi Komissiyasının və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yer alır. Qaliblərə 100 min rubla qədər mükafat təqdim olunacaq.
Kiçik ev heyvanlarının müalicəsi ilə məşğul olan baytar həkimlər üçün nəzərdə tutulmuş Beynəlxalq “VETTORİYA” mükafatına müraciətlərin qəbulu dekabrın 31-dək davam edir. Müsabiqədə Azərbaycan da daxil olmaqla istənilən ölkədən mütəxəssislər və baytarlıq klinikaları iştirak edə bilərlər. İştirak ödənişsizdir. İlk mövsümün qalibləri 2027-ci ilin aprel ayında Moskvada elan ediləcək.
Mürəkkəb klinik hallar, heyvanların həyatının xilas edilməsi, yeni diaqnostika və müalicə üsulları çox vaxt yalnız klinika əməkdaşlarına məlum olur. “VETTORİYA” mükafatı bu cür nailiyyətlərin beynəlxalq peşəkar ictimaiyyət tərəfindən tanınması məqsədilə təsis edilib. Mükafat müxtəlif ölkələrin baytar həkimləri arasında təcrübə mübadiləsinə şərait yaradır və müasir baytarlıq təbabətinin inkişafına töhfə verən mütəxəssisləri önə çıxarır.
Beynəlxalq münsiflər heyəti
Müraciətlər 13 ekspertdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Onların arasında aşağıdakı şəxslər yer alır:
- Budimir Plavşiç – Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) Avropa üzrə regional nümayəndəsi;
- Oleq Kobyakov – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya Federasiyasındakı nümayəndəliyinin direktoru;
- Vladimir Subbotin – Avrasiya İqtisadi Komissiyasının nümayəndəsi;
- Sergey Sereda – RSAVA-nın prezidenti;
- Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin, Milli Baytarlıq Palatasının və aparıcı baytarlıq ali təhsil müəssisələrinin nümayəndələri.
Münsiflər heyətinin sədri “Baytarlıq və həyat” (“Ветеринария и жизнь” rus.) nəşrinin baş redaktoru, “Linteqa” media qrupunun təsisçisi və strateji rəhbəri Yuliya Melanodur.
Nominasiyalar və mükafatlar
Mükafat səkkiz nominasiya üzrə təqdim olunacaq: “İlin baytar həkimi”, “Ən yaxşı klinik layihə”, “İlk tapıntı/ innovativ metod”, “İlin səriştəsi”, “İlin gənc mütəxəssisi”, “Ən yaxşı baytarlıq klinikası”, “NİTA-FARM-ın seçimi” və “Auditoriyanın sevimlisi”.
Hər nominasiya üzrə qalibə 100 min rubl, ikinci yerin sahibinə 70 min rubl, üçüncü yerin sahibinə isə 50 min rubl məbləğində mükafat veriləcək. Bundan əlavə, diplomlar və tərəfdaşların xüsusi mükafatları da nəzərdə tutulub.
Kimlər iştirak edə bilər?
Müsabiqədə ali baytarlıq təhsili olan və ən azı üç il iş təcrübəsinə malik praktiki fəaliyyət göstərən baytar həkimlər iştirak edə bilərlər. “İlin gənc mütəxəssisi” nominasiyası üzrə iştirak üçün üç ildən beş ilədək iş təcrübəsi tələb olunur. Baytarlıq klinikası adından müraciəti klinikanın rəhbəri və ya baş həkimi təqdim edir.
Xarici mütəxəssislər və klinikalar müsabiqədə ümumi şərtlərlə iştirak edirlər. İştirak üçün təqdim olunan materiallar rus dilində olmalıdır. Xarici dildə olan sənədlərə isə tərcümə əlavə edilməlidir.
İştirak şərtləri və ərizə forması: https://vetvrachgoda.vetandlife.ru
Mükafat haqqında
Beynəlxalq “VETTORİYA” mükafatı “Linteqa” media qrupu və sahə üzrə federal nəşr olan “Baytarlıq və həyat” tərəfindən təsis edilib.
Mükafatın baş tərəfdaşı “NİTA-FARM” şirkətidir. “Biopreparatlar” kateqoriyası üzrə eksklüziv tərəfdaş – “Vetbioxim”. İnformasiya tərəfdaşları isə Rusiyanın Milli Baytarlıq Palatası, Milli Baytarlıq Assosiasiyası, Belarus Baytarlıq Cəmiyyəti, Don Dövlət Aqrar Universiteti (DonGAU), “Vetsy” və VETAPEX-dir.
