Həbsdən çıxan Nurmaqomedov qardaşları Rusiyaya qayıtdı

İdman Xəbər 19 Noyabr 2026 11:21 (UTC +04:00)
Həbsdən çıxan Nurmaqomedov qardaşları Rusiyaya qayıtdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyalı MMA döyüşçüləri Usman və Umar Nurmaqomedov qardaşları Birləşmiş Ərəb Əmirliklərində azadlığa buraxıldıqdan sonra Rusiyaya qayıdıblar.

Bu barədə TASS məlumatlı mənbəyə istinadən xəbər verir.

“Onlar həbsdən azad ediliblər. Rusiyaya qayıdıblar”, – deyə mənbə bildirib.

Bundan başqa, Əbu-Dabidə baş vermiş dava ilə əlaqədar saxlanılan digər altı nəfər də Rusiyaya qayıdıb.

Hadisə Əbu-Dabidə RAF liqasının media günü zamanı baş verib. Keçmiş UFC çempionu Merab Dvalişvili müsahibə verərkən Usman Nurmaqomedov tərəfdarları ilə birlikdə arxadan ona yaxınlaşaraq zərbə endirib. Daha sonra hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

UFC çempionu İslam Mahaçev otel foyesində baş vermiş kütləvi davaya səbəbin Dvalişvilinin daha əvvəl dağıstanlı başqa bir döyüşçünün anasını təhqir etməsi və ona sillə vurması ilə izah edib.

Xatırladaq ki, noyabrın 17-də Əbu-Dabinin cinayət məhkəməsi rusiyalı MMA döyüşçüləri Usman və Umar Nurməhəmmədovun da iştirak etdiyi dava ilə bağlı məhkum edilmiş səkkiz nəfərin cəzasını yüngülləşdirərək onları həbsdən azad edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti