Qarabağ. Trend:
Noyabrın 19-da işğaldan azad edilmiş ərazilərə yola salınan növbəti köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Soltanlı kəndinə qayıdan 80 nəfərdən ibarət 16 ailəyə, Cahangirbəyli kəndinə köçən isə 75 nəfərdən ibarət 19 ailəyə mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
