Hörmüzdən 4 milyon barel xam neft aparan iki tankerdə partlayış olub – SEPAH

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 14:24 (UTC +04:00)
Hörmüzdən 4 milyon barel xam neft aparan iki tankerdə partlayış olub – SEPAH
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında iki böyük neft tankeri dəniz minasına düşüb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, qanunsuz marşrutundan keçməyə cəhd edən dəniz minasına düşməsi nəticəsində iki böyük neft tankerində partlayış olub və yanğın baş verib.

SEPAH bildirir ki, sözügedən iki tanker ümumilikdə 4 milyon bareldən çox xam nefti daşıyırmış.

“Bu neft tankerləri ABŞ-nin qırıcı təyyarələri və PUA-larının dəstəyi ilə Hörmüz boğazının qadağan olunmuş hissəsindən gizli şəkildə keçməyə cəhd ediblər. Lakin dəniz minasına düşdükdən sonra buraxılıblar”, -deyə məlumatda qeyd olunur.

SEPAH xəbərdarlıq edib ki, ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının qadağan olunmuş marşrutlarından keçmək istəyən neft tankerləri haqda ciddi tədbirlər görüləcək.

ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti