Tbilisidə yaşayış binasında partlayış olub - Yaralılar var

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 12:17 (UTC +04:00)
Tbilisidə yaşayış binasında partlayış olub - Yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstanın paytaxtı Tbilisinin şəhərkənarıda yerləşən Poniçala rayonunda çoxmərtəbəli binaların birində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb

TASS bu barədə Gürcüstan DİN Fövqəladə Halların İdarəolunması Xidmətinə istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, partlayışın ehtimal olunan səbəbi qaz sızmasıdır. Hadisə yerli vaxtla təxminən saat 09:00-da (Bakı vaxtı ilə 09:00) baş verib. Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb. Təhlükəsizlik məqsədilə xilasedicilər binanın sakinlərini müvəqqəti olaraq təxliyə ediblər.

“İmedi” telekanalının məlumatına görə, partlayış əlilliyi olan şəxsin yaşadığı mənzildə baş verib. Zərərçəkənin sözlərinə görə, o, noyabrın 18-də axşam saatlarında qaz plitəsini yandırmağa çalışsa da, buna nail ola bilməyib. Noyabrın 19-da səhər saatlarında yenidən cəhd etdikdən sonra partlayış baş verib.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti