Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə parlamentlərarası əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Siyasət Xəbər 19 Noyabr 2026 12:38 (UTC +04:00)
Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə parlamentlərarası əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər bundan əvvəlki görüşlərini xatırlayaraq, yenidən bir araya gəlməkdən məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, beynəlxalq forumlar və tədbirlər çərçivəsində keçirilən görüşlər və təmaslar ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

O, Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin ortaq din, tarix və mədəniyyətə əsaslandığını bildirib. Vurğulanıb ki, dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir.

Milli Məclisin sədri parlamentlərin də dövlət başçılarının müəyyən etdiyi siyasi xəttə dəstək verərək əməkdaşlığı davam etdirdiklərini qeyd edib.

Görüşdə parlamentlərarası dostluq qruplarının qarşılıqlı fəaliyyətinin, eləcə də digər formatlarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tərəflər parlamentlərarası əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti