Bakı.Trend:
Amerkikalı “Dostlar” və “Santa-Barbara” serialları ilə tanınan Larri Poyndekster 66 yaşında vəfat edib.
Bu barədə "Deadline" nəşri məlumat yayıb.
O, noyabrın 18-də, Los-Ancelesdə baş vermiş yol-nəqliyyat hadisəsindən bir neçə gün sonra vəfat edib.
Nəşrin məlumatına görə, qəza noyabrın 13-də axşam saatlarında Los-Ancelesin Stüdio-Siti rayonunda baş verib. Poyndekster yolu keçərkən onu avtomobil vurub. Aktyor qabırğalarının sınığı ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun üzərində əməliyyat aparmağı planlaşdırıblar. Lakin əməliyyatın keçirilməli olduğu gün – noyabrın 18-də səhər saatlarında aktyor vəfat edib.
Larri Poyndekster aktyorluq karyerasına 1980-ci illərin əvvəllərində başlayıb. O, 1986-cı ildə “Santa-Barbara” serialında Castin Mur obrazını canlandırıb və 23 seriyada rol alıb. Aktyor 1990-cı illərdə “Dostlar” serialının epizodlarından birində də çəkilib.
