Məleykə Abbaszadə DİM kollektivi ilə vidalaşdı (FOTO)

Cəmiyyət Press-reliz 19 Noyabr 2026 19:29 (UTC +04:00)
Məleykə Abbaszadə DİM kollektivi ilə vidalaşdı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.

O, Mərkəzin fəaliyyətində kollektivin əməyini, peşəkarlığını və fədakarlığını xüsusi qeyd edərək, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində hər bir əməkdaşın töhfəsinin əhəmiyyətini vurğulayıb.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb, qurumun qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti