Xaçmazın Susayqışlaq kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Xəbər 19 Noyabr 2026 18:59 (UTC +04:00)
Xaçmazın Susayqışlaq kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Susayqışlaq kəndində növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Susayqışlaq, Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak ediblər. Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istqiamətində görülən işlərə təşəkkürlərini bildiriblər, eyni zamanda, kommunal xidmətlərin yaxşılaşdırılması, kənddaxili yolların təmiri,rabitə, internet və sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini, onları narahat edən problemləri həssaslıqla dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlər isə nəzarətə götürülüb.

Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti