Bakı.Trend:
Kaliforniya ştatının Vəkillər Kollegiyası Ağ Evin keçmiş mətbuat katibi Keti Zakariya ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə “Campaign for Accountability” (CfA) qeyri-kommersiya təşkilatı məlumat yayıb.
Araşdırmaya səbəb Zakariyanın müvafiq lisenziyası olmadığı halda özünü peşəkar hüquqşünas kimi təqdim etməsi ilə bağlı şübhələr olub.
CfA nümayəndələri Vəkillər Kollegiyasından yoxlamanın başlanması barədə rəsmi məktub aldıqlarını bildiriblər. Araşdırmaya 2026-cı il oktyabrın 14-də təqdim edilmiş şikayətdən sonra başlanılıb. Şikayətdə Ağ Evin keçmiş mətbuat katibinin ictimai çıxışlarında dəfələrlə özünü vəkil kimi təqdim etməklə Kaliforniya qanunvericiliyini pozmuş ola biləcəyi iddia olunur.
Oktyabrın 9-da Ağ Evin mətbuat katibi Keti Zakariya yeni işə keçməsi ilə əlaqədar vəzifəsindən istefa verib. O, bu vəzifədə cəmi beş gün çalışıb. Onun postunu tərk etməsinə səbəb yaranmış qalmaqal olub.
Zaxariya əvvəllər hüquq sahəsində çalışdığını iddia edib və Ağ Evin rəhbəri də onu ictimaiyyətə vəkil kimi təqdim edib. Lakin məlum olub ki, yeni mətbuat katibinin əslində vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdur. Onun həmin lisenziyanı əldə etmək üçün keçirilən imtahandan keçə bilmədiyi üzə çıxıb.
