Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinə baş tutan səfərini əla və son dərəcə vacib adlandırıb.
Bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.
"Çindən Vaşinqtona qayıdıram. Bu, əla və son dərəcə vacib səfər oldu", – deyə D. Tramp bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və Donald Tramp Şençjendə keçirilən APEC sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər. Bu tərkibdə sammit ilk dəfə təşkil olunub.