Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil - Tusk

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 22:08 (UTC +04:00)
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil - Tusk

Bakı. Trend:

Varşava hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya öz qoşunlarını göndərmək niyyətində deyil.

Bu barədə Polşanın Baş naziri Donald Tusk Polşada keçirilən NATO-nun "Koalisiya 26.2" təlimlərini şərh edərkən deyib.

"Polşa bu koalisiyada belə bir formatda iştirak etmir. Əvvəldən Vladimir Zelenski ilə birlikdə müzakirə etmişdik ki, Polşa hərbçiləri Ukraynada olmayacaq", – deyə D. Tusk bildirib.

"Koalisiya 26.2" adlı təlimlər noyabrın 9-dan 22-dək Polşada keçirilir. Təlimlərdə 11 ölkədən 2,8 min hərbçi iştirak edir. Manevrlər "İstəklilər koalisiyası" çərçivəsində Böyük Britaniya və Fransanın komandanlığı altında yaradılmış Ukrayna üçün Çoxmillətli Qüvvələrin (Multinational Force Ukraine, MNF-U) himayəsi altında təşkil olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti