Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əsas prinsipini açıqlayıb

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 23:46 (UTC +04:00)
Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əsas prinsipini açıqlayıb

Bakı. Trend:

Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanmalıdır. Həmin maddə alyans üzvlərinin kollektiv müdafiəsini nəzərdə tutur.

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner “Könüllülər Koalisiyası”nın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu, əldə etdiyimiz çox vacib nəticədir. İnanıram ki, Rusiyanı istənilən təhlükəsizlik zəmanətinin NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacağı konsepsiyası ilə tanış etmişik”, – deyə Kuşner qeyd edib.

Kuşnerin sözlərinə görə, hazırda vəziyyətin monitorinqi üçün gücləndirilmiş mexanizmləri əhatə edən təhlükəsizlik sistemi üzərində iş aparılır. O bildirib ki, bu sistem güclü çəkindirmə mexanizmini və əldə olunmuş razılaşmaların pozulacağı təqdirdə ciddi nəticələri nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti