Bakı. Trend:
Sakit okeanında, Yeni Kaledoniya adaları (Fransa ərazisi) yaxınlığında 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Məlumata əsasən, cümə günü Bakı vaxtı ilə saat 04:49-da qeydə alınan zəlzələnin episentri Yeni Kaledoniyanın Numea şəhərindən 548 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin episentrindəki intensivliyi “çox güclü” kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 5,6 olaraq qiymətləndirib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.