Bakı. Trend:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il noyabrın 20-də başlanacaq. Müraciət üçün son tarix 2026-cı il dekabrın 20-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Qeyd edək ki, qrant məbləğlərinin yuxarı həddi və digər şərtlər barədə daha ətraflı llinkə keçid edərək məlumat əldə etmək olar.
