Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranla bağlı gələcək addımlar barədə qərar qəbul etməyə tələsmədiyini bildirib.
Bu barədə Donald Tramp Vaşinqtona uçarkən təyyarənin göyərtəsindən İsrail televiziyasının "12-ci kanalı"na telefon müsahibəsində bildirib.
“İranla bağlı hər hansı qərar qəbul etməyə tələsmirəm. Yeni il başlayandan sonra nələrin baş verəcəyinə baxacağıq”, - deyə o bildirilib.
Telekanaldan qeyd edilib, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatların bərpa olunması məqsədilə Trampa təzyiq göstərməkdə davam edir.