Hindistan və Yaponiya müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 04:56 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın müdafiə naziri Racnat Sinqh və xarici işlər naziri Subrahmanyam Caişankar, eləcə də onların yaponiyalı həmkarları Sindziro Koizumi və Toşimitsu Motegi müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Bu barədə “ANI” agentliyi məlumat yayıb.

“Görüşün yekunlarına dair dərc olunmuş birgə bəyanatda nazirlər ölkələr arasında müdafiə və təhlükəsizlik sahələrində inkişaf edən tərəfdaşlığı alqışlayıb, müdafiə sənayesi və texnologiyaları sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar”, - deyə agentlik yazıb.

Qeyd olunub ki, iki ölkənin müdafiə və xarici işlər nazirliklərinin nümayəndələri arasında görüş Tokioda keçirilib. Tərəflər birgə hərbi təlimlərin keçirilməsi, ölkələrin müdafiə potensialının gücləndirilməsi və informasiya mübadiləsinin aparılması barədə razılığa gəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti