Zelenski ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsini istəyir

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 10:41 (UTC +04:00)
Zelenski ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsini istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski gələcək təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ və Avropa ölkələrinin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Bu barədə "M24" nəşri yazır.

“Bu, mənim üçün 5-ci maddənin bir hissəsidir: ABŞ və Avropalı tərəfdaşların silahlı qüvvələri, hərbi bazalar. Bunlar olmadan söhbətin 4-cü, 5-ci və digər maddələrdən getdiyinə əmin deyiləm”,-deyə Zelenski ABŞ-nin Kiyevə NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təqdim etmək təklifini şərh edərkən bildirib.

Bununla belə, o, Qərb müttəfiqləri arasında təhlükəsizlik zəmanətlərinin təqdim edilməsi mexanizmi və xarici hərbi qüvvələrin mümkün dislokasiyası ilə bağlı hələlik vahid mövqenin olmadığını etiraf edib.

Bundan əvvəl, ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya tərəfinin NATO modelinə uyğun təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazır olduğunu bildiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti