“Kataib Hizbullah” silahlı qruplaşması İraqdakı Curf əs-Səhr rayonunu tərk edəcək

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 06:55 (UTC +04:00)

Bakı. Trend:

“Kataib Hizbullah” silahlı qruplaşmasının birləşmələri uzun müddət ərzində neft və neft məhsullarının qaçaqmalçılıq yolu ilə çıxarıldığı İraqın mərkəzində yerləşən Curf əs-Səhr rayonunu müstəqil şəkildə tərk edəcək.

Bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının anümayəndəsi Sabah ən-Numan bildirib.

“Kataib Hizbullah” qruplaşması qüvvələrini Curf əs-Səhr rayonundan çıxaracaq”, - deyə “Al Hadath” telekanalının sitat gətirdiyi ən-Numan bildirib.

O izah edib ki, İraq hakimiyyəti qruplaşma ilə razılığa gəlib və Curf əs-Səhrda sabitliyin bərpası ilə bağlı ölkənin Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli əz-Zeydinin planının həyata keçirilməsinə qəti sadiqlik nümayiş etdirilir.

Ən-Numanın sözlərinə görə, “bölgədə yerləşdirilməsi nəzərdə tutulan bütün təhlükəsizlik qüvvələrinin bölmələri artıq onun sərhədlərinə çatıb”.

O qeyd edib ki, hökumət başçısı “Curf əs-Səhrda təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi prosesinə şəxsən nəzarət edəcək”.

Ən-Numan təhlükəsizliyin təmin edilməsi üzrə məsuliyyətin təhvil verilməsi prosesinin heç bir çətinlik olmadan baş tutacağına əminliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti