Bakı. Trend:
Göyçay şəhərinin Natavan küçəsində “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub.
Trend-in məlumatına görə, hadisə noyabrın 19-da qeydə alınıb.
Belə ki, Nofəl Rüstəmovun idarə etdiyi “Mercedes” eyni istiqamətdə hərəkət edən Vasif İsmayılovun idarə etdiyi “VAZ”la toqquşub. Qəza nəticəsində Vasif İsmayılov ölüb, “VAZ”ın sərnişini Nurlan Cəbrayılov isə xəsarət alıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır.
