Marin Le Penin ofisinə reyd olub

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 09:52 (UTC +04:00)
Marin Le Penin ofisinə reyd olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın prezidentliyə namizədi Marin Le Penin rəhbərlik etdiyi sağçı “Milli Birlik” partiyasının Parisdə yerləşən qərargahında axtarış aparılıb.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, axtarış bu il iyulun 27-də Paris prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində həyata keçirilib.

BFMTV-nin məlumatına görə, şübhələr Fransanın Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinin üzərinə yönəlib. Ehtimal olunur ki, o, partiyanın nümayəndələrinə məxfi məlumatlar ötürüb.

Telekanalın məlumatına görə, axtarış zamanı partiyanın ofisində Paris prokurorunun müavini də olub. Məlum olub ki, o, orada şəxsi səfərdə olub. Paris prokurorluğu onun səfərinin sözügedən işlə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti