Yevlaxda yük avtomobili velosiped sürən uşağı vurub

Hadisə Xəbər 20 Noyabr 2026 09:24 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Yevlax rayonunun Qoyunbinəsi kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə yoyabrın 19-da baş verib.

Belə ki, Semur Quliyevin idarə etdiyi “Renault Master” markalı yük avtomobili velosipedlə hərəkət edən 2014-cü il təvəllüdlü Eltac Məmmədlini vurub. Eltac Məmmədli hadisə nəticəsində ölüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Xəbər lenti

Xəbər lenti