Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi Rafael Qrossinin “arzuolunmaz şəxs” olduğu sübut olunub və onu İrana buraxmaq ölkənin təhlükəsizliyinin əleyhinədir.
İran parlamentinin informasiya portalının məlumatına görə, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi deyib.
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran qarşısında xüsusilə nüvə obyektlərinə hücumdan sonra öz vəzifəsini yerinə yetirməyib. Rusiya-Ukrayna müharibəsində Atom Elektrik Stansiyasının yaxınlığına hücuma AEBA ciddi reaksiya verdiyi halda, İranın nüvə obyektlərinə hücum qarşısında sükut edib”, -deyə o bildirib.
İran parlamentinin deputatı əlavə edib ki, agentlik ABŞ-nin İranın nüvə obyektlərinə hücum qarşısında sükut etməklə kifayətlənməyib, üstəlik israrlı şəkildə bu obyektlərı baxış keçirmək istəyir. Nüvə Silahlarının Yayılmamasına dair Sazişin 4 və 10-cu müddəalarına əsasən, könüllü üzv olan İranın ondan çıxmaq hüququ var. Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxmaq məsələsi İran parlamentində hazırda ciddi məsələ olaraq irəli sürülür.
Qeyd edək ki, ötən ilin iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə hava zərbələri endirilib. ABŞ tərəfi sözügedən obyektlərin məhv edildiyini bildirir.
