Bakı.Trend:
ABŞ-də hakerlər "Visa" və "Mastercard"ın minlərlə müştərisinin, eləcə də "JPMorgan Chase" bankının müştərilərinə aid məlumatları ələ keçiriblər.
Bu barədə "The Wall Street Journal" (WSJ) nəşri yazır.
Nəşrin məlumatına görə, kibercinayətkarlar şantaj məqsədilə istifadə olunan proqramlardan yararlanaraq maliyyə nəhənglərinin infrastrukturunu birbaşa sındırmadan, üçüncü tərəf təşkilat vasitəsilə məlumatlara çıxış əldə ediblər.
Bununla belə, WSJ qeyd edir ki, adıçəkilən korporasiyaların heç biri sistemlərinə hücum edilən konkret şirkətlərin adlarını açıqlamayıb.
