Bakıda qarlı havalara hazırlıq tədbirləri başa çatıb (FOTO)

Cəmiyyət Press-reliz 20 Noyabr 2026 10:54 (UTC +04:00)
Bakıda qarlı havalara hazırlıq tədbirləri başa çatıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Bakının bütün rayonlarında qış mövsümünə, xüsusilə qarlı hava şəraitinə hazırlıq tədbirləri başa çatıb, kommunal xidmətlərin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırlıq tədbirlərinin gedişinə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər rayon üzrə məsul şəxslər təyin edilib.

Qarlı havalara hazırlığın vəziyyəti sonuncu olaraq Pirallahı, Səbail və Qaradağ rayonlarında keçirilən müşavirələrdə müzakirə olunub. Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, eləcə də özəl sektorun nümayəndələri iştirak ediblər. Hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Müşavirələrdə rayonlardakı təşkilatların mövsümə hazırlıq işlərində fəal iştirakı, yağıntılar zamanı özlərinə bitişik ərazilərin qardan və buzdan təmizlənməsi zəruri hesab edilib.

Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikasının da cəlb edilməsi qərara alınıb.

Həmçinin ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində fəal iştirak etmək çağırışı edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti