Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

İqtisadiyyat Xəbər 20 Noyabr 2026 12:09 (UTC +04:00)
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumlarını sıfırlayıb.

Qərar İran, Türkmənistan və Azərbaycandan yanacağın güzəştli şərtlərlə idxalına imkan verəcək.

Bu barədə “Asia-Plus” məlumat yayıb.

Müvafiq 744 nömrəli qərar noyabrın 10-da qəbul edilib və noyabrın 13-də “Cümhuriyyət” rəsmi qəzetində dərc olunub.

Sıfır gömrük rüsumu dekabrın 31-dək qüvvədə olacaq və mayeləşdirilmiş qaz da daxil olmaqla neft məhsulları və neft qazlarına şamil ediləcək. Bununla yanaşı, xam neft bu qərarın təsiri altına düşmür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti