Qanunsuz balıq ovlayanlar saxlanılıb (FOTO)

Hadisə Xəbər 20 Noyabr 2026 11:49 (UTC +04:00)
Qanunsuz balıq ovlayanlar saxlanılıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.

Bu barədə DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə məlumatında deyilir.

Qeyd edilib ki, əməliyyat-axtarış tədbiri DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutub.

Nabran qəsəbəsi istiqamətində saxlanılan “Yamaha” markalı motorlu qayıqda 1980-ci il təvəllüdlü Pərviz Xankişiyev və 1997-ci il təvəllüdlü Həsən İsayev saxlanılıblar.

Onlardan qanunsuz ovlanmış 29 ədəd nərəcinsli balıq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti