Bakı. Trend:
Xaçmaz rayonunda 22 Noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı münasibətilə tədbir təşkil edilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədliyyə sistemi hərtərəfli inkişaf edir. Rayon rəhbəri ədliyyə orqanlarının hüquqi dövlətçiliyin möhkəmlənməsində, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə və təşkilatların rəhbərləri ədliyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Çıxışlarda ədliyyə orqanları əməkdaşlarının hüquq qaydasının və qanunun aliliyinin qorunmasındakı xidmətləri xüsusi qeyd edilib.
Ədliyyə işçiləri yaradılan əlverişli iş şəraitinə və göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda bir qrup ədliyyə işçisinə Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.