"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib

İqtisadiyyat Xəbər 20 Noyabr 2026 12:39 (UTC +04:00)
"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Fond Birjası” QSC-nin (BFB) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən BFB-də həyata keçirilən nəzarət tədbirləri zamanı “Bakı Fond Birjası" QSC-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydaları”nın tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntu ilə əlaqədar BFB-nin Listinq Komitəsinin sədrinə qarşı inzibati tədbir görülüb.

Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən, komitə sədrinə 700 manat məbləğində inzibati cərimə tətbiq edilib.

"Bakı Fond Birjası" Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır. Qurum 21 iyul 2000-ci ildə verilmiş lisenziya əsasında fəaliyyət göstərir.

Birjada dövlət istiqrazları, şirkətlərin istiqrazları, səhmlər və digər maliyyə alətləri üzrə ticarət təşkil olunur. Burada həm dövlətin, həm də özəl şirkətlərin qiymətli kağızlarının yerləşdirilməsi və alqı-satqısı həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti