Bakı, Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 31 085 nikah və 15 030 boşanma qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin əhalinin təbii hərəkətinə dair məlumatında bildirilib.
Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövründə ölkədə 36 332 nikah qeydə alınıb. Beləliklə, nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 247 azalıb.
Hesabat dövründə boşanmaların sayı 15 030 olub. Ötən ilin yanvar-sentyabr aylarında isə 15 480 boşanma qeydə alınıb. Bu da 450 azalma deməkdir.
Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 4,0-a enib. Boşanmaların sayı isə hər 1000 nəfərə 2,0 səviyyəsində qalıb.
