Estoniya Rusiya ilə sərhədi bağlayır

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 14:51 (UTC +04:00)
Estoniya Rusiya ilə sərhədi bağlayır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələrini bağlamaq qərarına gəlib.

"Reuters" agentliyinin məlumatına görə, məhdudiyyətlər qeyri-müəyyən müddətə tətbiq ediləcək.

Bununla belə, Estoniya hakimiyyəti altı aydan sonra qərara yenidən baxa bilər.

Beləliklə, qışın ilk günündən Estoniya-Rusiya sərhədində avtomobillərin hərəkəti dayandırılacaq.

Qeyd edək ki, Estoniya ilə Rusiya arasında münasibətlər 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra kəskin pisləşib. Tərəflər 2023-cü ildə səfirlərini geri çağıraraq diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti