İşçilərlə əmək müqaviləsinə xitam verilmədən işəgötürənlərin ləğvi mümkün olmayacaq

Cəmiyyət Sənəd 20 Noyabr 2026 14:43 (UTC +04:00)
İşçilərlə əmək müqaviləsinə xitam verilmədən işəgötürənlərin ləğvi mümkün olmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Hüquqi şəxslərin ləğvi və fiziki şəxs olan işəgötürənlərin vergi uçotundan çıxarılması onların işçiləri ilə əmək müqavilələrinə xitam verildikdən sonra mümkün olacaq.

Trend-in müxbirinin xəbərinə görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, hüquqi şəxslərin, o cümlədən xarici dövlətin rezidenti olan və Azərbaycanda daimi nümayəndəlik yaratmadan fəaliyyət göstərən bölmələrin, eləcə də idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslərin ləğvi və vergi uçotundan çıxarılması üçün işçiləri ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsi tələb olunacaq.

Eyni qayda fiziki şəxs olan vergi ödəyicilərinə də şamil ediləcək. Belə işəgötürənlərin vergi uçotundan çıxarılması yalnız işçiləri ilə əmək müqavilələrinə xitam verildikdən sonra mümkün olacaq.

Qanun layihəsinin hazırlanmasına səbəb hüquqi şəxs ləğv edildikdən və ya fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldıqdan sonra onların adından müvafiq elektron informasiya sistemində əməliyyatların aparılmasının mümkünsüzlüyüdür. Bu isə işçilərlə bağlanmış əmək müqavilələrinə sistem üzərindən xitam verilməsində çətinlik yaradır.

Bundan başqa, qanun qüvvəyə minənədək qeyd olunan subyektlərlə işçilər arasında elektron informasiya sistemində xitam verilməmiş əmək müqavilələri işçilərin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən araşdırılaraq qüvvədən düşmüş hesab ediləcək. Bu qayda fiziki şəxs olan işəgötürənlərə şamil edilməyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti