Rusiya Ukraynaya hücum etdi, raketlər Polşaya düşdü – NATO nə edəcək?

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 15:34 (UTC +04:00)
Rusiya Ukraynaya hücum etdi, raketlər Polşaya düşdü – NATO nə edəcək?
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Noyabrın 20-də Polşa ərazisinə iki Rusiya raketi və bir pilotsuz uçuş aparatı düşüb.

Bloomberg xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşavada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dron və raketlər Podkarpatsk voyevodalığının Molodiç və Rudnik-nad-Sanem, eləcə də Lyublin voyevodalığının Novı Lipovets yaşayış məntəqələrinə düşüb.

“Sonuncu hadisə ilə bağlı daha ətraflı məlumat verə bilərik. Böyük ehtimalla, bu, “X-101” raketi olub. İkinci halda da raketdən söhbət gedə bilər, üçüncü halda isə, böyük ehtimalla reaktiv pilotsuz uçuş aparatı olub”, – müdafiə naziri bildirib.

O əlavə edib ki, ölkə ərazisində xəsarət alan olmayıb, kritik infrastruktur obyektlərinə ziyan dəyməyib.

Kosinyak-Kamış qeyd edib ki, Rusiyanın Ukraynaya gecə hücumu müharibə başlayandan bəri ən genişmiqyaslı hücumlardan biri olub. Onun sözlərinə görə, bu, Rusiyanın heç bir maneə qarşısında dayanmadığını, əksinə, müharibənin coğrafiyasını genişləndirdiyini göstərir.

Xatırladaq ki, Rusiya bu gün Ukraynaya raket və dronlarla zərbələr endirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti