Azərbaycan-İtaliya münasibətlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək

Siyasət Press-reliz 20 Noyabr 2026 16:07 (UTC +04:00)
Azərbaycan-İtaliya münasibətlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və deputat Tahir Mirkişili noyabrın 23-də İtaliyanın paytaxtı Romaya səfər edəcəklər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində deputatlar Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İtaliyanın strateji araşdırma və beyin mərkəzləri ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq Azərbaycan-İtaliya münasibətlərinə dair dəyirmi masalarda iştirak edəcəklər.

Səfər noyabrın 26-da başa çatacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti